Объявление № 260697
- ГородБаку
- Возрастот 21 до 35 лет
- ОбразованиеСреднее специальное
- Опыт работыОт 1 года до 3 лет
- Дата размещения11 ноября 2025
- Истекает11 декабря 2025
- Контактное лицоKamran Musayev
- Телефон
- Эл. почта
İçərişəhərdə yerləşən butik otelimizin mühasibat komandasına çalışqan və məsuliyyətli üzv axtarırıq. Əməkdaşımız həftədə beş gün 9 saatlıq iş rejimi ilə çalışacaq, əsas öhdəlik və təminatlar aşağıdakı kimi olacaqdır:
- Kafe və restoran üzrə gündəlik satış, alış və istehlak əməliyyatlarının 1C proqramında (8.2/3) qeydiyyatı
- Məhsulların və ərzaq mallarının anbar uçotunun aparılması
- Tədarükçülərdən gələn qaimə-fakturaların və e-qaimələrin işlənməsi
- İstehsalat hesabatlarının və gündəlik mədaxil-məxaric sənədlərinin hazırlanması
- Rəhbərliyə aylıq və gündəlik maliyyə və məhsul dövriyyəsi hesabatlarının təqdim edilməsi
- Sistem məlumatlarının düzgünlüyünə və vaxtında daxil edilməsinə nəzarət
- Mühasibat və inzibati şöbə ilə koordinasiyalı işləmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- Nahar ilə təmin edilmə
- AR ƏM əsasən rəsmiləşmə
Müraciət qaydaları:
CV-nizi kamran@artclub.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “1C operator” yazıb göndərməklə müraciət edə bilərsiniz.
- Ali və ya orta ixtisas təhsili (mühasibatlıq, iqtisadiyyat və ya maliyyə sahəsində olması üstünlükdür)
- 1C proqramı (8.2 / 8.3) ilə işləmək bacarığı
- Elektron qaimə-fakturalar, e-sənəd dövriyyəsi, və anbarda uçotun aparılması üzrə biliklər
- Excel və digər MS Office proqramlarından sərbəst istifadə bacarığı
- Dəqiqlik, məsuliyyətlilik və operativlik
- Komandada və fərdi şəkildə işləmək bacarığı
- Mühasibat uçotu və ya satış / anbar prosesi haqqında ümumi anlayış.